"Qarabağ" keyfiyyətli komandadır, onları udmaq üçün hər şey edəcəyik"

22 İyun 2022 03:30 Çempionlar Liqası 1 049
"Qarabağ" keyfiyyətli komandadır, onları udmaq üçün hər şey edəcəyik"

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə "Sürix"lə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrə təmsilçisinin baş məşqçisi Franko Foda klubun mətbuat xitmətinə açıqlama verib.

O, II təsnifat mərhələsində potensial rəqibləri olan "Qarabağ" haqda danışıb:

"Lex" və "Qarabağ" keyfiyyətli komandalardır. "Qarabağ" ötən il Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Onlar artıq beynəlxalq arenada uğurlar qazanan kluba çevrilib. Hər iki komandanı təhlil edəcəyik.

Onları yaxından izləyəcəyik. Üçüncü mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda