İspanlar "Qarabağ" üçün Polşada iş başında olacaq

20 İyun 2022 19:20 Çempionlar Liqası 943
İspanlar "Qarabağ" üçün Polşada iş başında olacaq

Polşada "Lex" və "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

İyulun 5-də "Poznan stadionunda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2