Komandanı "Qarabağ"la oyuna çıxaracaq baş məşqçi - “Lex”də

16 İyun 2022 16:20 Çempionlar Liqası 1 596
Komandanı "Qarabağ"la oyuna çıxaracaq baş məşqçi - “Lex”də

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, komanda Con van den Broma tapşırılıb.

Niderlandlı mütəxəssisin yaxın günlərdə Poznan təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

O, "Lex"in baş məşqçisi kimi debütünü Ağdam klubuna qarşı ev oyununda gerçəkləşdirəcək.

"Qarabağ" ilk matçını 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti