ÇL: "Qarabağ"ın növbəti mərhələdəki mümkün rəqibi - BU SAATDA BİLİNƏCƏK

15 İyun 2022 01:00 Çempionlar Liqası 1 349
ÇL: "Qarabağ"ın növbəti mərhələdəki mümkün rəqibi - BU SAATDA BİLİNƏCƏK

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi müəyyənləşəcək.

"Köhlən atlar" I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə, növbəti raundda "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan), "Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütlərindən birinin qalibi ilə və ya İsveçrə "Sürix"i ilə görüşəcək.

Bundan əlavə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının da rəqibi bilinəcək.

II təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Olimpiakos” (Yunanıstan)

“Viktoriya” (Çexiya)

"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütünün qalibi

"Malmö” (İsveç) - İlkin mərhələnin qalibi cütünün qalibi

"Lüdoqorets" (Bolqarıstan) - "Sutyeska" (Monteneqro) cütünün qalibi

"Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) cütünün qalibi

"Pünik" (Ermənistan) - ÇFR (Rumıniya) cütünün qalibi

"Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi

"Budye Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) cütünün qalibi

Səpələnməmişlər

"Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) cütünün qalibi

"Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) cütünün qalibi

"Balikani" (Kosovo) - "Jalgiris" (Litva) cütünün qalibi

HIK (Finlandiya) - RFŞ (Latviya) cütünün qalibi

TNS (Uels) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi

"Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta) cütünün qalibi

"Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

"Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi

“Makkabi” (Hayfa, İsrail)

“Sürix” (İsveçrə)

Liqa yolu
II təsnifat mərhələsi

“Dinamo” (Kiyev, Ukrayna)

“Midtüllan” (Danimarka)

“Fənərbağça” (Türkiyə)

AEK (Kipr)

II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti