Çempionlar Liqasında final oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçirilmiş görüşdə "Liverpul" və "Real Madrid" üz-üzə gəlib.
Yerli referi Kleman Türpenin idarə etdiyi qarşılaşma "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.
Qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan əvvəl stadiona biletsiz girməyə cəhd edən ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.
Beləliklə, "Real Madrid" 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb.
Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya "Milan"ı ilə də bu titulu əldə edib.
"Liverpul" – "Real" 0:1
Qol: V.Junior, 59.
Baş hakimi: Kleman Türpen (Fransa).
Paris, “Stad de Frans” stadionu.
"Liverpul": Alisson, Aleksander-Arnold, Konate, Vircil van Deyk, Robertson, Fabinyo, Henderson, Alkantara, Dias, Salah, Mane.
Ehtiyat oyunçular: Kelleher, Milner, Keyta, Firmino, Qomes, Oksleyd-Çemberlen, Cons, Minamino, Jota, Tsimikas, Matip, Elliott.
"Real": Kurtua, Karvaxal, Militao, Alaba, Mendi, Kazemiro, Kroos, Modriç, Valverde, Vinisius, Benzema.
Ehtiyat oyunçular: Lunin, Naço, Hazard, Asensio, Marselo, Vaskes, Beyl, Sebalyos, Rodriqo, İsko, Dias, Kamavinqa.

