“Liverpul” - “Real”: Çempionlar Liqasında final gecəsi

28 May 2022 15:40 Çempionlar Liqası 911
“Liverpul” - “Real”: Çempionlar Liqasında final gecəsi

Bu günÇempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün final oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə "Liverpul" və "Real Madridı üz-üzə gələcək.

Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq matçı yerli FIFA referisi Kleman Türpen idarə edəcək. Qarşılaşma Bak vaxtı ilə saat 23:00-da başlayacaq.

İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olub. Bunların 4-də "kral klubu", 3-də mersisaydlılar qələbə qazanıb.

Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.

Bu, "Real Madrid" və "Liverpul"un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxıblar.

1980/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/2018 mövsümündə isə İspaniya klubu turnirin qalibi olub.

Bunadək 13 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.

28 may

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)

Baş hakimi: Kleman Türpen (Fransa)

Paris, "Stad de Frans" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti