UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatını tərifləyib.
Sportinfo.az xəbər verir ki, sloveniyalı funksioner "Sky Sport İtalia" nəşrinə müsahibəsində yeniliyin turnirə marağı daha da artıracağını söyləyib.
Çeferin bunun əla format olduğunu bildirib: "Hazırda bunun mövcud olanların ən yaxşısı olub-olmayacağını bilmirik.
Amma hesab edirəm ki, bu, Avropa futbolunun gələcəyi üçün əla həll yoludur. Qərar vermək asan deyildi, çünki çoxlu fikirlər var idi".
2024/2025 mövsümündən Çempionlar Liqasında 36 komanda çıxış edəcək və turnirdə "İsveçrə sistemi" tətbiq olunacaq.

