ÇL: "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri - SİYAHI

23 May 2022 11:20 Çempionlar Liqası 1 485
ÇL: "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri - SİYAHI

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

"Maribor" Sloveniya çempionu olduğu üçün Şimali İrlandiyanın "Linfild" komandası səpələnməmişlər səbətinə düşərək "köhlən atlar"ın potensial rəqiblərindən biri olub.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək.

Ölkə çempionu Ermənistan təmsilçisi ilə görüşə bilməz. Burada qalib son turda bəlli olacaq.

I təsnifat mərhələsi
Səpələnmişlər

"Qarabağ" (Azərbaycan)
“Malmö” (İsveç)
"Lüdoqorets" (Bolqarıstan)
"Şerif" (Moldova)
ÇFR (Rumıniya)
"Budye Qlimt" (Norveç)
"Ferentsvaroş" (Macarıstan)
“Slovan" (Bratislava, Slovakiya)
HIK (Finlandiya)
TNS (Uels)
"Jalgiris" (Litva)
“Linkoln” (Cəbəllütariq)
"Şemrok Rovers" (İrlandiya)
"Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər

"Zrinski" (Bosniya və Herseqovina)
"Lex" (Poznan, Polşa)
"Şaxtyor" (Soliqorsk, Belarus)
"Sutyeska" (Monteneqro)
"Klasksvik" (Farer adaları)
"Hibernians" (Malta)
"Tobol" (Qazaxıstan)
"Şkupi" (Şimali Makedoniya)
RFŞ (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Tirana" (Albaniya)
"Balikani" (Kosovo)
“Linfild” (Şimali İrlandiya)
İlkin mərhələnin qalibi
Ermənistan çempionu

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti