“Real”ın finalda oynamaq haqqı yoxdur” - İDDİA ETDİ

6 May 2022 21:40 Çempionlar Liqası 1 489
“Real”ın finalda oynamaq haqqı yoxdur” - İDDİA ETDİ

"Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxel "Real"ın Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.

Sportinfo.az xəbər verir ki, Şmeyxel “kral klubu”nun finala çıxmağa layiq olmadığını bildirib.

O, iddiasını belə əsaslandırıb: “Düşünürəm ki, “Real”ın finalda oynamaq haqqı yoxdur. O, “Siti”yə qarşı hər iki matçda nəzərəçarpacaq dərəcədə zəif idi.

Cavab oyununda ilk qol şansları 90-cı dəqiqəyə təsadüf etdi. 90 dəqiqə ərzində heç nə edə bilmədilər,.

Amma 2-3 dəqiqə ərzində 2 qol vəziyyəti yaratdılar və bundan maksimum yararlandılar. “Mançester Siti” oyuna tam nəzarət edirdi, lakin stadion sizin 12-ci oyunçunuz olursa...

İkinci hissənin əvvəlində Vinisiusun yaratdığı epizoddan sonra tribunalar elə çılğınlaşdı ki. Bu, heyrətamiz idi.

“Real”ın futbolçularına heç vaxt şübhə ilə yanaşmaq olmaz. Onlar əvvəllər də oxşar vəziyyətlərə düşüblər.

Bir çoxunun bir neçə dəfə Çempionlar Liqasının qalibi olması belə məqamlarda əvəzsiz təcrübədir. Onlar bir-birlərinə inanırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda