"Səncə, neçə il gözləməliyik? 1, 5, 90 il? - ƏLƏ SALDƏ

6 May 2022 01:30 Çempionlar Liqası 679
"Səncə, neçə il gözləməliyik? 1, 5, 90 il? - ƏLƏ SALDƏ

“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra Çempionlar Liqasının yarımfinalında “Real”a uduzaraq mübarizədən kənarlaşdırılan “Mançester Siti”nin futbolçularını ələ salıb.

Sportinfo.az xəbər verir ki, fransalı keçmiş futbolçu, sosial şəbəkə hesabında “Mançester Yunayted”in əfsanəvi futbolçusu ser Bobbi Çarltonun yanında əyləşdiyi fotosunu yerləşdirib və belə yazıb:

“Səncə, ser Bobbi ilə mən neçə il gözləməliyik? 1, 5, 90 il?”

Səfərdə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzan “Real” Madriddəki oyunun əlavə vaxtında rəqibini məğlub edərək (3:1), finala yüksəlib.

“Real” mayın 28-də, finalda “Liverpul”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti