Qvardiola şərik oldu - Mourinyonun ÇL-dəki antirekorduna

6 May 2022 00:20 Çempionlar Liqası 554
Qvardiola şərik oldu - Mourinyonun ÇL-dəki antirekorduna

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında antirekorda şərik olub.

Sportinfo.az xəbər verir ki, bu, onun komandasının yarımfinalda Madrid “Real”ına 1:3 hesabıyla uduzduğu cavab matçında gerçəkləşib.

İspan mütəxəssis karyerasında 6-cı dəfə ÇL-in finalının bir addımlığında uduzdu. 51 yaşlı məşqçi daha öncə “Barselona” ilə iki (2010 və 2012-ci illərdə), “Bayern” ilə də üç (2014, 2015 və 2016-cı illərdə) dəfə yarımfinalda dayanıb.

Qvardiola bu göstəriciyə görə hazırda “Roma”nı çalışdıran Joze Mourinyoya çatıb.

Portuqaliyalı mütəxəssis isə üç dəfə “Çelsi” (2004/05, 2006/07 və 2013/14 mövsümlərində), üç dəfə də “Real”la (2010/11, 2011/2012 və 2012/13 mövsümlərində) finalın bir addımlığında dayanıb.

Qvardiola karyerasında 33 dəfə iki oyunlu rəqabətin ilk matçında qalib gəlib və bunun 31-də mərhələ adlayıb.

İspaniyalı yalnız 2017-ci ildə “Monako” və bu mövsüm “Real” önündə bu uğuru təkrarlaya bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti