"Real" möhtəşəm əzmkarlıq göstərdi, Kərim finala vəsiqə qazandırdı - VİDEO

5 May 2022 01:40 Çempionlar Liqası 1 054
"Real" möhtəşəm əzmkarlıq göstərdi, Kərim finala vəsiqə qazandırdı - VİDEO

Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edən "Real" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib.

Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar - 4:3.

"Real" finalda İngiltərənin digər təmsilçisi "Liverpul"la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

4 may

"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1 (ƏLAVƏ VAXTDA - 1:0)

Qollar: Rodriqo, 90; 90+1 - Riyad Mahrez, 73

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, "Santyaqo Bernabeu" stadionu.

İlk oyun - 3:4

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti