“Xahiş etdim ki, nəyi düzgün etdiyimizə dair nümunə tapsınlar, bacarmadılar”

4 May 2022 23:40 Çempionlar Liqası 704
“Xahiş etdim ki, nəyi düzgün etdiyimizə dair nümunə tapsınlar, bacarmadılar”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Klopp fasilə zamanı oyunçularını necə motivasiya etdiyi haqda da danışıb:

“Fasilədə uşaqlara dedim ki, ikinci hissədə birincidən daha yaxşı oynamalıdırlar. Köməkçilərimdən xahiş etdim ki, birinci hissədə nəyi düzgün etdiyimizə dair nümunə tapsınlar, amma bacarmadılar.

Sonra uşaqlara dedim ki, sərbəst zonalar axtarsınlar, daha çevik oynasınlar”.

İlk hissədən sonra 0:2 hesabı ilə məğlub olan "Liverpul" fasilədən sonra üç qol vuraraq qalib gəlib. "Liverpul" İlk yarımfinal matçında da doğma meydanda "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti