“Liverpul” möhtəşəm geridönüşlə finalda! - VİDEO

4 May 2022 00:52 Çempionlar Liqası 711
“Liverpul” möhtəşəm geridönüşlə finalda! - VİDEO

Bu gün Çempionlar Liqasında finala vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” İspaniyada “Liverpul”u (İngiltərə) qəbul edəcək.

Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanmışdı.

“Estadio de la Keramika” stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edib. Matça yaxşı başlayan "Vilyarreal" ilk hissəni 2:0 öndə bitirib.

Amma İngiltərə təmsilçisi fasilədən sonra oyunda dönüş yaratmağı bacarıb. Buraxılan qolların əvəzini artıqlaması ilə çıxan "Liverpul" həm əzmkar qələbə, həm də finala vəsiqə qazanıb.

Digər yarımfinal matçı sabah Madrid “Real”ı ilə (İspaniya) “Mançester Siti” (İngiltərə) arasında olacaq. İngiltərədə 7 qolun vurulduğu ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.

3 may

“Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə) 2:3
Qol: B.Dia, 3. F.Koklen, 41 - Fabinyo, 62. L.Dias, 67. Mane, 74.
Vilyarreal, "Estadio de la Keramika" stadionu. Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol (k), Pau Torres, Xuan Foyt, Pervis Estupinyan, Daniel Parexo, Etyen Kapu, Fransis Koklen, Covani Lo Çelso, Jerar Moreno, Bulaye Dia.

Liverpul: Alisson, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk (k), Endryu Robertson, Fabinyo, Tyaqo Alkantara, Nabi Keyta, Dioqo Jota, Məhəmməd Salah, Sadio Mane.

Digər Xəbərlər
Xəbər Lenti