Çempionlar Liqasında ilk finalçı “Liverpul” olacaq?

3 May 2022 18:40 Çempionlar Liqası 1 259
Çempionlar Liqasında ilk finalçı “Liverpul” olacaq?

Bu gün Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada "Liverpul"u qəbul edəcək.

Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.

"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Görüş öncəsi qonaqların heyətində itki yoxdur.

Meydan sahiblərində isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

Digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

Digər Xəbərlər
Xəbər Lenti