“Real” – “Mançester Siti” oyununu kim idarə edcək?

3 May 2022 12:20 Çempionlar Liqası 1 044
“Real” – “Mançester Siti” oyununu kim idarə edcək?

Çempionlar Liqasında yarımfinal mərhələsinin “Real” – “Mançester Siti” cavab oyununun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüşü italiyalı Daniele Orsatonun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.

Alessandro Jallatini və Çiro Karbone yan xətt hakimləri olacaq. Davide Massa 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Mayın 4-də keçiriləcək “Real” – “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk matçda İngiltərə klubu 4:3 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti