ÇL: "Qarabağ” səpələnmişlər səbətində - Onları ilkin mərhələdə gözləyənlər

29 Aprel 2022 01:50 Çempionlar Liqası 2 598
ÇL: "Qarabağ” səpələnmişlər səbətində - Onları ilkin mərhələdə gözləyənlər

Çempionlar Liqasının 2022/23 mövsümünün ilkin və I təsnifat mərhələlərində iştirak edəcək 19 ölkə çempionu bəllidir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının qalibi mübarizəyə I təsnifat mərhələsindən başlayacağından və hazırda qeyri-müəyyənlər səbətində yer aldığı üçünbu komandaların hər biri qızıl medalçımızın potensial rəqibidir.

Ölkə çempionatında 24 turdan sonra “Qarabağ” 58 xalla liderdir. Komandaya çempionluğunu rəsmiləşdirməsi üçün qalan 5 oyunda (komanda bir matç az keçirib - red.) 1 xal kifayətdir.

İkinci sıradakı “Neftçi” Ağdam təmsilçisindən başqa qızıl medal ümidlərini saxlayan yeganə kollektivdir.

“Qarabağ” çempion olacağı təqdirdə, səpələnmişlər səbətində yer alacağı dəqiqdir. Cüzi şansları qalan “Neftçi” isə qalib olarsa, “səpələnə” də bilər, “səpələnməyə” də.

Çempionlar Liqası / İlkin mərhələ

Səpələnmiş: “Levadiya” (Estoniya)

Qeyri-müəyyən: “Vikinqur” (İslandiya)

I təsnifat mərhələsi

Səpələnmişlər: “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan), “Budyo Qlimt” (Norveç), “Ferensvaroş” (Macarıstan), “Slovan” (Bratislava, Slovakiya), HİK (“Finlandiya), TNS (Uels), Jalgiris (Litva)

Səpələnməmişlər: “Şaxtyor” (Saliqorsk, Belarus), “Klaksvik” (Farer adaları), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), “Riqa” (Latviya), “Dinamo” (Batumi, Gürcüstan)

Qeyri-müəyyənlər: “Linkoln” (Cəbəllütariq), “Şamrok Rovers” (İrlandiya), “Jrinski” (Bosniya və Herseqovina), Azərbaycan çempionu

Digər Xəbərlər
Xəbər Lenti