"Liverpul" 2 dəqiqəyə "Vilyarreal"ı məğlub etdi - VİDEO

28 Aprel 2022 00:51 Çempionlar Liqası 816
"Liverpul" 2 dəqiqəyə "Vilyarreal"ı məğlub etdi - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu raundun ikinci matçında "Liverpul "Vilyarreal"ı qəbul edib.

"Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər 2 qol ikinci hissədə vurulub. Hesab 53-cü dəqiqədə açılıb. Qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

28 aprel

"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0

Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, "Enfild" stadionu

Digər Xəbərlər
Xəbər Lenti