“Belə nəticə ya Yupiterdə ya da Marsda olar, “Real”la oyunda yox” – Qvardiola 

27 Aprel 2022 18:40 Çempionlar Liqası 513
“Belə nəticə ya Yupiterdə ya da Marsda olar, “Real”la oyunda yox” – Qvardiola 

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Real” üzərində qazanılan qələbədən (4:3) danışıb.

Sportinfo.az xəbər verir ki, Qvardiola nəticədən razı qaldığını bildirib.

O, belə komanda ilə oyunda böyük hesabla qalib gəlməyin mümkünsüz olduğunu vurğulayıb:

“Əlbəttə, azarkeş üçün bu, əyləncəli bir matç idi. Daha böyük fərqlə qalib gəlmək istəyirdik, lakin 4:3 də yaxşı nəticədir.

Biz Madridə öz oyunumuzu göstərmək üçün gedəcəyik, amma unutmayaq ki, bu, “Real”dır. Onların hücumda əla “silahlar”ı var.

Yaxşı vaxt keçirdiz? Bəli, 8:0 bizim üçün daha yaxşı nəticə olardı (gülür). Amma belə nəticə ya Yupiterdə ya da Marsda baş verər, “Real”la oyunda yox”.

Digər Xəbərlər
Xəbər Lenti