"Mançester Siti" dramatik matçda "Real"a qalib gəldi - VİDEO

27 Aprel 2022 01:00 Çempionlar Liqası 4 510
"Mançester Siti" dramatik matçda "Real"a qalib gəldi - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Gecənin yeganə matçında "Real" İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olub.

"Etihad" stadionundakı görüş "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 2-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb.

Belçikalı turnirin yarımfinalları tarixində ən erkən qolun müəllifi olub. 9 dəqiqə sonra Qabriel Jezus fərqi artırıb. 33-cü dəqiqədə Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb.

53-cü dəqiqədə Fil Foden qonaqları növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Lakin Mançester təmsilçisinin sevinciu cəmi 3 dəqiqə çəkib.

Vinisius Junior baxımlı qolla fərqi yenidən minimuma endirib. 74-cü dəqiqədə Bernardu Silva 4-cü topu "kral klubu"nun qapısından keçirib.

Oyunda son nöqtəni isə Benzema qoyub. 81-ci dəqiqədə penaltidən fərqlənən fransalı hücumçu yekun hesabı müəyyənləşdirib.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

26 aprel

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:3

Qollar: Kevin De Brüyne, 2. Qabriel Jezus, 11. Fil Foden, 53. Bernardu Silva, 74 - Kərim Benzema, 33; 81 (pen.) Vinisius Junior, 55

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, "Etihad" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı