2 oyun, 2 zərbə, 2 qol - 100 faizlik nəticə

16 Aprel 2022 10:00 Çempionlar Liqası 1 186
2 oyun, 2 zərbə, 2 qol - 100 faizlik nəticə

“Vilyarreal”ın futbolçuları Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya qarşı keçirdikləri 2 oyunda qapı istiqamətinə vurduqları zərbələrdən maksimum yararlanıblar.

Sportinfo.az xəbər verir ki, ilk matçda Unai Emerinin yetirmələri 12 zərbə endirib, onlardan yalnız biri qapı istiqamətində gedib və hədəfə çatıb.

Cavab oyununda “sarı sualtı qayığ”ın futbolçuları dörd zərbə vurublar, yenə də bir zərbə qapı istiqamətinə gedib və qol olub.

İlk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Vilyarreal” səfərdə heç-heçə (1:1) edərək “Bavariya2nı mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!