“Həmin vaxt narazı olduğumu görsəz, məni döyün”

14 Aprel 2022 22:00 Çempionlar Liqası 1 186
“Həmin vaxt narazı olduğumu görsəz, məni döyün”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlməsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “qırmızılar” 1/4 finalın iki matçının yekununda (3:1, 3:3) “Benfika”dan güclü olub.

Klopp taktiki sistemdə etdiyi dəyişiklik haqda da danışıb:

“Əgər nəvaxtsa Çempionlar Liqasının yarımfinalına adlayanda narazı olduğumu görsəz, onda məni döyün.

Yeddi dəyişiklik etdik. Arxa xətt heç vaxt belə tərkibdə oynamayıb, hər şeyi detallar həll edə bilərdi. Mümkün qədər diqqətli olmalı idim.

Gözlədiyimiz kimi olmadı, amma indi bunun heç bir əhəmiyyəti yoxdur. Hətta mövsümdə ən yaxşı oyunumuzu oynaya, amma finala yaxın ola bilməzdik. Əsas odur ki, yarımfinala çıxdıq, xoşbəxtəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti