Unikal Ançelotti – Bu nəticəni kim təkrarlaya bilər?

13 Aprel 2022 21:40 Çempionlar Liqası 882
Unikal Ançelotti – Bu nəticəni kim təkrarlaya bilər?

"Real”ın baş məşqçisi Karlo Ançelotti tarixi nəticəyə imza atıb.

Sportinfo.az xəbər verir ki, Ançelotti ardıcıl dörd onillikdə Çempionlar Liqasının yarımfinalına yüksələn ilk məşqçi olub.

İtalyan mütəxəssis 1999-cu ildə "Yuventus"u Çempionlar Liqasının yarımfinalına çıxarıb. O, daha sonra “Milan”la (2003, 2005, 2006 və 2007-ci illərdə) turnirin bu mərhələsinə gəlib.

Mütəxəssis “Real”la 2014 və 2015-ci illərdə, eləcə də 2022-ci ildə Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Çempionlar Liqasının 1/4 finalında “Real” “Çelsi”yə qalib gəlib. İlk oyunda 3:1 hesabı ilə qalib gələn “kral klubu” cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsalar da, iki oyunun nəticəsinə əsasən turnirin yarımfinalına yüksəliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti