Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.
Sportinfo.az xəbər verir ki, "Vilyarreal" növbəti mərhələyə yüksəlib.
Evdəki ilk matçda Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub.
Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə "Vilyarreal"ı yarımfinala daşıyıb.
İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.
"Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1
Qol: Robert Levandovski, 52 - Samuel Çukvueze, 88
Baş hakim: Slavko Vinçiç (Sloveniya)

