Het-trik edən Kərim ÇL-də həftənin futbolçusu oldu

8 Aprel 2022 15:20 Çempionlar Liqası 767
Het-trik edən Kərim ÇL-də həftənin futbolçusu oldu

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu ada “Real”ın hücumçusu Kərim Benzema layiq görülüb.

Fransalı forvard 1/4 final mərhələsi çərçivəsində İngiltərədə “Çelsi”yə qarşı keçirdikləri ilk oyunda het-trikə imza atıb.

Həftənin oyunçusu adına “Vilyarreal”dan Covani Lo Çelso, İngiltərənin “Liverpul” klubundan Luis Dias və “Mançester Siti”dən Kevin De Bruyne də namizəd idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2