"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo və PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqasında ardıcıl ikinci mövsüm mübarizəni 1/8 final mərhələsində dayandırıb.
Sportinfo.az xəbər verir ki, "qırmışı şeytanlar" iki görüşün nəticəsinə əsasən "Atletiko"ya (Madrid) 1:2 (1:1, 0:1) hesabı ilə yenilib.
Parislilər isə İspaniyanın digər təmsilçisi "Real"a uduzub - 2:3 (1:0, 1:3). Ötən mövsüm Messi "Barselona"nın heyətində məhz PSJ-yə, Ronaldo isə "Yuventus" ilə birlikdə "Portu"ya məğlub olub.
Daha əvvəl isə onlar sonuncu dəfə 2004/2005 mövsümündə 1/4 finala vəsiqə qazana bilməyiblər.
Bundan əlavə, Ronaldo 16 ildən sonra klub mövsümünü kuboksuz bitirə bilər. "Mançester Yunayted" bütün kubok yarışlarında mübarizəni dayandırıb. Komanda Premyer Liqada 29 matçdan sonra 50 xal toplayıb və lider "Mançester Siti"dən 20 xal geridədir.

