"Çelsi" 1/4 finalda "Real”la üz-üzə gələcək – ÇL-də cari mövsümün son püşkü atıldı

18 Mart 2022 15:20 Çempionlar Liqası 1 646
"Çelsi" 1/4 finalda "Real”la üz-üzə gələcək – ÇL-də cari mövsümün son püşkü atıldı

Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundların cütlükləri bəlli olub.

Turnirin son qalibi olan İngiltərə "Çelsi"si 1/4 finalda İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək.

Püşkatma həmçinin final oyununun nominal meydan sahibi də bəlli olub.

Çempionlar Liqası

1/4 final

"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)

"Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

"Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)

"Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Yarımfinal

1. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) / "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)

2. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) / "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)

Final

2-ci cütün qalibi - 1-ci cütün qalibi

1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq.

Final mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti