Bu gün Çempionlar Liqasında 1/4 finalın püşkü atılacaq

18 Mart 2022 12:20 Çempionlar Liqası 1 340
Bu gün Çempionlar Liqasında 1/4 finalın püşkü atılacaq

Bu gün Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalda İspaniyanın "Atletiko" (Madrid), "Real Madrid", "Vilyarreal", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi", həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları iştirak edəcək.

1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2