Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, bununla da 1/4 finalın son iki iştirakçısı bəlli olacaq.
"Vilyarreal" İtaliyada "Yuventus"un qonağı olacaq. Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edəcək. İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Meydan sahiblərindən Leonardo Bonuççi, Ueston Makkenni, Denis Zakariya və Federiko Kyeza zədə səbəbindən oyunda iştirak edə bilməyəcəklər. Qonaqların heyətində isə ciddi itki yoxdur.
Gecənin digər oyununda "Çelsi" Fransada "Lill" ilə qarşılaşacaq. Görüşün baş hakimi italiyalı Davide Massa olacaq. Londondakı ilk qarşılaşmada "zadəganlar" 2:0 hesablı qələbə qazanıblar.
"Lill"in heyətində Renatu Sanşeş, "Yuventus"da isə Ben Çiluel və Ris Ceyms zədəli olduqları üçün bu oyunu buraxacaqlar.
Daha əvvəl "Liverpul", "Mançester Siti", "Real Madrid", "Atletiko" (Madrid), "Bavariya" və "Benfika" /4 finala vəsiqə əldə edib.
16 mart
00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1
00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə)
Baş hakim: Davide Massa (İtaliya) İlk oyun - 0:2.

