Qadın komandaları olmayan futbol klubları 2023/2024 mövsümündən Çempionlar Liqasına buraxılmayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyənin "Bitexen Adana İdmanyurduspor" klubunun prezidenti Metin Taylancı yerli mətbuata açıqlama verib.
Funksioner bildirib ki, Avropa futbol qurumu artıq bu istiqamətdə işlərə start verib:
"Ona görə də Türkiyədə 8 önəmli klubun qadın komandası yaradıldı. UEFA yeni qadağanı 2023/2024 mövsümündən tətbiq edəcək. Bu, qadın futbolunun inkişafı üçün önəmli addımdır".
Azərbaycanda "Qarabağ", "Zirə" və "Səbail"in qadın komandası yoxdur.

