"Mançester Yunayted" və "Ayaks" ÇL ilə vidalaşdı - VİDEOLAR

16 Mart 2022 02:00 Çempionlar Liqası 874
"Mançester Yunayted" və "Ayaks" ÇL ilə vidalaşdı - VİDEOLAR

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla da 1/4 finala növbəti vəsiqələrin sahibi bəlli olub.

"Atletiko" (Madrid) İngiltərədə "Mançester Yunayted"in qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 41-ci dəqiqədə Renan Lodi vurub. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından səfər qələbəsi Dieqo Simeonenin başçılıq etdiyi kollektivi növbəti mərhələyə çıxarıb.

Gecənin digər oyununda "Ayaks" Niderlandda Portuqaliya "Benfika"sını qəbul edib. Bu görüşdə də qonaqlar rəqibini minimal hesabla məğlub ediblər.

Lissabon təmsilçisinin heyətində 77-ci dəqiqədə Darvin Nunyes fərqlənib. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından, bu nəticə "Benfika"nı 1/4 finala daşıyıb.

Daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.

15 mart

"Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1

Qol: Renan Lodi, 41

Baş hakim: Slavko Vinçiç

İlk oyun - 1:1

"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Darvin Nunyes, 77

Baş hakim: Karlos del Serro

İlk oyun - 2:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti