“Kərim komandanın fantastik lideridir, onun işinə münasibətindən razıyam”

11 Mart 2022 00:00 Çempionlar Liqası 926
“Kərim komandanın fantastik lideridir, onun işinə münasibətindən razıyam”

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab qarşılaşmasından sonra danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Paris klubu üzərindəki 3:1 hesablı qələbəni şərh edib:

"İlk qol həlledici idi. Həmin qol oyunun dinamikasını və azarkeşlərin oyuna təsirini dəyişdi. PSJ əla komandadı, onlar möhtəşəm oynayır.

Amma hər oyunda onun ssenarisini dəyişmək üçün an baş verir. PSJ ilə matçda bu, bizim ilk qolumuz oldu.

Benzema komandanın fantastik lideridi. Kərimin işinə münasibətindən razıyam”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə