Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 cavab oyunundan sonra həftənin futbolçusu adına namizədlər bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu ada "Bavariya"dan Robert Levandovski, "Real"dan Kərim Benzema, "Mançester Siti"dən Fernandinyo və "İnter"dən Milan Şkrinyar iddia edir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

