“Ona barmaqla da toxuna bilməzsiz, komandanın evini 3 futbolçu yıxdı“

10 Mart 2022 15:40 Çempionlar Liqası 940
“Ona barmaqla da toxuna bilməzsiz, komandanın evini 3 futbolçu yıxdı“

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a uduzaraq (1:3) mübarizəni dayandırmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Ferdinand bu məğlubiyyətə görə baş məşqçi Maurisio Poçettinonu günahlandırmağın düzgün olmadığını bildirib:

“Poçettinoya barmaqla da toxuna bilməzsiz. PSJ-in evini 3 futbolçu yıxdı. Məhz onların özündənrazılığı bu məğlubiyyəti şərtləndirdi.

Onları günahlandırmaq lazımdır, məşqçini yox. PSJ-nin tarixini nəzərə alsaq, çalışdırıcının tənqidini ədalətli hesab etmirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti