Kərim PSJ-yə qan uddurdu, "Mançester Siti" ¼-də - VİDEOLAR

10 Mart 2022 02:00 Çempionlar Liqası 952
Kərim PSJ-yə qan uddurdu, "Mançester Siti" ¼-də - VİDEOLAR

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, gecənin prinsipial qarşılaşmasında PSJ İspaniyada "Real"la qarşılaşıb.

İlk matçda Paris təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Səfərdə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb.

Oyunda hesabı 39-cu dəqiqədə PSJ-nin hücumçusu Kilian Mbappe açıb. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema həm het-trikini, həm də növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.

Gecənin digər matçında "Mançester Siti" evdə Portuqaliya "Sportinq"ini sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" evdə qolsuz heç-heçə edərək, 1/4 finala adlayıb.

9 mart

"Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 3:1

Qollar: Kərim Benzema, 61; 76; 78 - Kilian Mbappe, 39

Baş hakim: Denni Makkeli (Niderland)

İlk oyun - 0:1

"Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0

Baş hakim: Halil Umut Meler (Türkiyə)

İlk oyun: 5:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti