Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, gecənin prinsipial qarşılaşmasında PSJ İspaniyada "Real"ın qonağı olacaq.
İlk matçda Paris təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Meydan sahiblərinin heyətində Ferlan Mendi və Kazemiro cəzalı olduqları üçün oynamayacaqlar.
Zədələrini yenicə sağaltmış Toni Kroos və Federiko Valverdenin isə meydana çıxmaları sual altındadır.
Qonaqlarda Serxio Ramos və Leven Kürzava zədə səbəbindən oynamayacaqlar. Əşrəf Hakimi, Ander Errera və Kilian Mbappenin oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir.
Gecənin digər matçında "Mançester Siti" evdə "Sportinq"i sınağa çəkəcək. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" cütün taleyini demək olar ki, həll ediblər.
Qarşılaşma öncəsi Mançester təmsilçisinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş zədəlidir. Natan Akenin durumuna isə oyun günü aydınlıq gələcək.
Lissabon təmsilçisində isə Joau Palinya, Pedru Qonsalveş və Daniel Braqansa zədə, Mateus Nunyes cəza səbəbindən meydana çıxmayacaq.
9 mart
00:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1
00:00. "Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun: 5:0

