PSJ-də Mbappe şoku!

8 Mart 2022 18:20 Çempionlar Liqası 1 214
PSJ-də Mbappe şoku!

Çempionlar Liqası 1/8 final mərhələsinin "Real"la oyunu öncəsi PSJ-də Mbappe narahatlığı yaşanır.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu Paris təmsilçisinin dünən baş tutan məşqini yarımçıq tərk edib.

İdrissa Qeye ilə ilə ikili mübarizə zamanı ayağından zərbə alan fransalı forvardın "Real"a qarşı oynayıb-oynamayacağı məlum deyil.

"Real" - PSJ matçı sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. Bu komandalar arasında Fransada keçirilən ilk görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə