ÇL: İlk oyunlardan sonra ən yaxşı qol adına namizədlər - VİDEO

25 Fevral 2022 00:00 Çempionlar Liqası 2 180
ÇL: İlk oyunlardan sonra ən yaxşı qol adına namizədlər - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən yaxşı qol adına namizədlər bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada PSJ-dən Kilian Mbappe, "Mançester Siti"sindən Rahim Sterlinq ilə Bernardu Silva, "Atletiko"dan (Madrid) Joau Feliks iddia edir.

Mbappe evdə "Real"a 1:0 hesabı ilə qalib gəldikləri matçda yeganə qolun müəllifi olub. Sterlinqlə Silva Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqləniblər.

Feliks isə "Mançester Yunayted" ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada hesabı açıb.

Qqalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti