Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
Gecənin maraqla gözlənilən matçı İspaniyada Madrid "Atletiko"su ilə "Mançester Yunayted" arasında olub. "Vanda Metropolitano" stadionunda oynanılan görüş heç-heçə başa çatıb.
Oyunda ilk qolu 7-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Joao Feliks vurub. Qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Antoni Elanqa "qırmızı şeytanlar"ı məğlubiyyətdən xilas edib.
Digər matçda isə Niderland "Ayaks"ı Portuqaliyada "Benfika" ilə qarşılaşıb. "Eştadiu du Benfika" stadionundakı görüşdə də qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. Duşan Tadiç adını tabloya yazdırıb. 26-cı dəqiqədə meydan sahibləri tarazlığı bərpa ediblər.
Sebastyen Allye avtoqol müəllifi olub. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb.
Qarşılaşmada son nöqtəni isə 72-ci dəqiqədə "Benfika"nın ukraynalı hücumçusu Roman Yaremçuk qoyub.
Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.
23 fevral
00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Qollar: Joao Feliks, 7 - Antoni Elanqa, 80
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) - 2:2
Qollar: Sebastyen Allye, 26 (avtoqol). Roman Yaremçuk, 72 - Duşan Tadiç, 18. Sebastyen Allye, 29
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
1/8 finalın ilk 6 görüşündə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada "Real"a 1:0, "Liverpul" İtaliyada "İnter"ə 2:0, "Çelsi" İngiltərədə "Lill"ə 2:0 hesabı ilə qalib gəlib,
Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la, İtaliya "Yuventus"u isə İspaniyada "Vilyarreal"la eyni hesablı heç-heçəyə razılaşıb - 1:1.

