Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, turnirin son qalibi "Çelsi" İngiltərədə "Lill" ilə üz-üzə gəlib.
"Stemford Bric" stadionundakı görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 8-ci dəqiqədə Kay Haverts və 63-cü dəqiqədə Kristian Pulişiç vurublar.
Gecənin digər oyununda "Yuventus" İspaniyada "Vilyarreal"ı sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Görüşdə hesabı 32-ci saniyədə Turin klubunun hücumçusu Duşan Vlahoviç açıb. Lakin qonaqlar 66-cı dəqiqədə üstünlüyü əldən veriblər. Daniel Parexo bərabərlik qolunun müəllifi olub.
Komandalar arasında cavab oyunları martın 16-də gerçəkləşəcək.
22 fevral
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:0
Qollar: Kay Haverts, 8. Kristian Pulişiç, 63
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:1
Qollar: Daniel Parexo, 66 - Duşan Vlahoviç, 1
Baş hakim: Daniel Zibert (Almaniya)
1/8 finalın ilk 4 görüşündə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada İ"Real"s 1:0, "Liverpul" İtaliyada "İnter"ə 2:0 hesabı ilə qalib gəlib, Almaniya "Bavariya"sı isə Avstriyada "Zaltsburq"la heç-heçə edib - 1:1.

