Çempionlar Liqasının finalı Sankt-Peterburqdan alınır?

22 Fevral 2022 22:00 Çempionlar Liqası 770
Çempionlar Liqasının finalı Sankt-Peterburqdan alınır?

Çempionlar Liqasının finalı Sankt-Peterburqda olmaya bilər.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib.

İngilislər iddia edirlər ki, Rusiya qondarma rejimlərin müstəqilliyini tanıdıqdan sonra ÇL-in finalına ev sahibliyi Sankt-Peterburqdan alına bilər.

Sankt-Peterburqa əsas alternativ kimi isə London göstərilir. ÇL-in finalı mayın 28-də keçiriləcək.

Hesablamalara görə, finalın təşkili 70 milyon avroya başa gələ bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti