"Real"a qarşı start heyətində oynamaqdan imtina edib? - Neymar

17 Fevral 2022 12:20 Çempionlar Liqası 2 593
"Real"a qarşı start heyətində oynamaqdan imtina edib? - Neymar

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Neymarı Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"a qarşı keçirilən oyununda start heyətində meydana buraxmaq istəyib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssisin istəyi həyata keçməyib.

Çünki zədədən yeni qayıdan Neymar oyuna ehtiyatdan başlamağın məqsədəuyğun olduğunu bildirib.

Cavab qarşılaşmasında isə Neymarın start heyətində meydanda olacağı ehtimal edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti