Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmalar İtaliya və Avstriyada gerçəkləşib.
"İnter" "San Siro"da "Liverpul"a məğlub olub. Qolları Roberto Firmino 75-ci, Məhəmməd Salah isə 83-cü dəqiqədə vurub.
"Zaltsburq" isə "Bavariya" ilə görüşdə qələbəni son anda əldən verib. 21-ci dəqiqədə Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.
Cavab görüşləri martın 8-də gerçəkləşəcək.
1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya "Real Madrid"ini 1:0, İngiltərə "Mançester Siti"si isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.
16 fevral
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2
Qollar: Roberto Firmino, 75. Məhəmməd Salah, 83
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1
Qollar: Adamu Çikvubuyke, 21 - Kinqsli Koman, 90
Baş hakim: Maykl Oliver (İngiltərə)
{{widget-content-46829}}

