Peyvənd olunmayanlar bu ölkəyə buraxılmayacaq!

11 Fevral 2022 10:20 Çempionlar Liqası 1 502
Peyvənd olunmayanlar bu ölkəyə buraxılmayacaq!

“Çelsi” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lill”lə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin heyətində koronavirusa qarşı vaksin olunmayan futbolçular bu matçda iştirak etməyəcəklər.

“Çelsi”də peyvənd olunmayan oyunçuların adları açıqlanmayıb.

Fransa hökumətinin qərarına görə, koronavirusa qarşı peyvənd olunmayan idmançıların ölkəyə girişi qadağandır.

“Çelsi” ilə “Lill” arasındakı ilk matç fevralın 22-də Londonda olacaq. Komandalar arasındakı cavab matçı martın 16-da Fransada keçiriləcək.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel” ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"