Çempionlar Liqasının formatı dəyişir - UEFA razılıq aldı

11 Fevral 2022 01:20 Çempionlar Liqası 1 550
Çempionlar Liqasının formatı dəyişir - UEFA razılıq aldı

UEFA Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, yenilikləri 2024/2025 mövsümündən tez tətbiq etmək mümkün deyil:

"Bu ideyanı bir çox klub prezidentinə, o cümlədən, PSJ-nin sahibi Nasser Əl-Xəlafiyə çatdırmışam. Onlar da mənimlə həmfikirdirlər".

Yeni dəyişikliyə əsasən, yarımfinal və final matçlarının əvəzinə "Dördlər finalı"nın təşkil olunacağı gözlənilir. Bu halda yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə