Messi "Barselona"dan PSJ-yə transferi haqda dedi ki…

15 Dekabr 2021 12:20 Çempionlar Liqası 2 156
Messi "Barselona"dan PSJ-yə transferi haqda dedi ki…

PSJ-nin ulduzu Lionel Messi Çempionlar Liqası ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu hədəflərinin kuboku qazanmaq olduğunu bildirib.

"Barselona"dan PSJ-yə transfer olan Messi Parisdə xoşbəxt olduğunu deyib:

"PSJ-nin hədəfi Çempionlar Liqasını qazanmaqdır. Komandadakı hər kəsin hədəfi budur. Çempionlar Liqası bütün böyük klublar üçün özəl turnirdir.

Parisə köçmək mən və ailəm üçün böyük bir dəyişiklik oldu. Çünki uzun müddət eyni şəhərdə yaşamışdıq. Yaşadığımız yeri dəyişmək bizim üçün asan olmadı.

Amma hazırda dünyanın ən yaxşı komandalarından birində oynadığım bu gözəl şəhərdə özümüzü yaxşı hiss edirik. Çox xoşbəxtik".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da