Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

13 Dekabr 2021 18:20 Çempionlar Liqası 2 161
Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportinfoaz xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Saat 15:00-da təşkil olunmuş ilk püşkatmanın nəticələri etibarsız hesab olunduğundan, mərasim yenidən keçirilib.

Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edib. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb.

Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. Eyni qrupda oynamış, eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.

Zalsburq (Avstriya) – Bayern (Almaniya)
Sportinq (Portuqaliya) – Mançester Siti (İngiltərə)
Benfika (Portuqaliya) – Ayaks (Niderland)
Çelsi (İngiltərə) – Lill (Fransa)
Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Vilyarreal (İspaniya) – Yuventus (İtaliya)
İnter (İtaliya) – Liverpul (İngiltərə)
PSJ (Fransa) – Real (İspaniya)

Digər Xəbərlər
Xəbər Lenti