UEFA-nan biabırçı səhv – ÇL-ın püşkatması təkrar keçiriləcək

13 Dekabr 2021 17:10 Çempionlar Liqası 1 647
UEFA-nan biabırçı səhv – ÇL-ın püşkatması təkrar keçiriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrar keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Məsələ ondadır ki, bugünkü püşkatmanın təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb.

Buna görə də püşkatmada səhvlər baş verib. “Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Hansı ki, komandalar eyni qrupda mübarizə apardığı komandaya rəqib ola bilməzlər.

Bundan başqa, “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulub.

Bu kobud səhvlərə görə, "Vilyarreal" etiraz edib və UEFA bu narazılığı qəbul edib. Nəticədə püşkatmanın yenidən - bu gün Bakı vaxtı ilə saat 18:00-da keçiriləcəyini açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"