"Atalanta" Çempionlar Liqasında 1/8 finala qala bilmədi - VİDEO

10 Dekabr 2021 00:00 Çempionlar Liqası 916
"Atalanta" Çempionlar Liqasında 1/8 finala qala bilmədi - VİDEO

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, F qrupunun son matçında "Atalanta" İtaliyada "Vilyarreal"ı qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Qələbə sayəsində xallarını 10-a çatdıran La Liqa təmsilçisi qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Bunadək Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.

VI turdan təxirə salınmış oyun

"Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3

Xal durumu: "Mançester Yunayted" - 11, "Vilyarreal" - 10, "Atalanta" - 6, "Yanq Boyz" - 5.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM