"Barselona" Çempionlar Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

9 Dekabr 2021 02:00 Çempionlar Liqası 1 731
"Barselona" Çempionlar Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

Çempionlar Liqasının 6-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, 1/8 finala növbəti 3 vəsiqənin sahibi müəyyənləşib.

1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Yuventus" evdə "Malmö", "Çelsi" isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımdan önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib.

Nəticədə "qoca sinyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb. "Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda baş tutub. Növbəti raunda vəsiqəni təmin etmiş "Bavariya" ikinci yer uğrunda mübarizə aparan "Barselona"nı qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda "Benfika" Portuqaliyada qrupda heç bir iddiası qalmayan "Dinamo"nu (Kiyev) 2 cavabsız qolla məğlub edib.

Bu nəticələrdən sonra "Benfika" 1/8 finala, "Barselona" isə Avropa Liqasının pley-offuna yollanıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən "Mançester Yunayted" evdə "Yanq Boyz" ilə heç-heçə edib. İtaliyada "Atalanta" və İspaniya "Vilyarreal"ı arasındakı oynanılmalı olan qarşılaşma isə güclü qar səbəbindən təxirə salınıb.

Bu səbəbdən qrupda 1/8 finala 2-ci vəsiqənin sahibi hələ dəqiqləşməyib. Əvəzində isə "Yanq Boyz"un qrup sonuncusu olması rəsmiləşib.

G qrupunda "Zaltsburq" Avstriyada "Sevilya"ya, "Lill" isə Almaniyada "Volfsburq"a qalib gələrək, növbəti mərhələyə adlayıblar. "Sevilya" yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

Bunadək PSJ, "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", "Çelsi", "Ayaks", "Sportinq", "Real Madrid", "Atletiko" (Madrid), "Bavariya", "İnter" və "Yuventus" 1/8 finala adlayıb.

E qrupu

"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

Qollar: Roman Yaremçuk, 16, Jilberto Junior Moraes, 22

"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:0

Qollar: Tomas Müller, 34. Leroy Sane, 43. Camal Musiala, 62

Xal durumu: "Bavariya" - 18, "Benfika" - 8, "Barselona" - 7, "Dinamo" - 1.

F qrupu

"Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:1

Qollar: Meyson Qrinvud, 9 - Fabian Rider, 42

"Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:0 (TƏXİRƏ SALINIB)

Xal durumu: "Mançester Yunayted" - 11 (6 oyuna), "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 5 (6).

G qrupu

"Zaltsburq" (Avstriya) - "Sevilya" (İspaniya) - 1:0

Qol: Noa Okafor, 50

Qırmızı vərəqə: Joan Jordan Moreno, 64 ("Sevilya")

"Volfsburq" (Almaniya) - "Lill" (Fransa) - 1:3

Qollar: Renato Şteffen, 89 - Burak Yılmaz, 11. Conatan Devid, 72. Eyncel Qomes, 78

Xal durumu: "Lill" - 11, "Zaltsburq" - 10, "Sevilya" - 6, "Volfsburq" - 5.

H qrupu

"Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

Qol: Moyze Kin, 18

"Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85 Romelu Lukaku, 62

Xal durumu: "Yuventus" - 15, "Çelsi" - 13, "Zenit" - 5, "Malmö" - 1.

Digər Xəbərlər
Xəbər Lenti